Addım-addım

Bilet alma prosesi

Axtarışdan biletin əlinizə çatmasına qədər bütün mərhələləri aydın izah edirik.

  1. 1

    Axtarışı başladın

    Bakı və ya istənilən şəhəri, tarixi və sərnişin sayını daxil edin. Sistem yüzlərlə aviaşirkət və satış agentliyinin qiymətlərini eyni anda müqayisə edir.

  2. 2

    Təklifləri müqayisə edin

    Nəticələri qiymət, uçuş müddəti, aviaşirkət və tranzit sayına görə süzgəcdən keçirin. Ən sərfəli variantı seçirsiniz.

  3. 3

    Uçuşu təsdiqləyin

    “Bilet al” düyməsinə basdıqda seçdiyiniz təklifin rəsmi satış səhifəsi açılır. Burada qiymət və şərtlər son dəfə yoxlanılır.

  4. 4

    Sərnişin məlumatları

    Ad, soyad, doğum tarixi və pasport/şəxsiyyət məlumatlarını daxil edirsiniz. Diqqətli olun — məlumatlar biletdə eynilə göstərilir.

  5. 5

    Təhlükəsiz ödəniş

    Bank kartı (Visa/Mastercard) ilə ödəniş edilir. Ödəniş şifrələnmiş (SSL) kanalla aparılır və 3D-Secure ilə təsdiqlənir.

  6. 6

    Təsdiq və elektron bilet

    Ödənişdən dərhal sonra e-poçtunuza sifariş təsdiqi (PNR/booking kodu) və elektron bilet (e-ticket) gəlir. Bu bileti hava limanında check-in üçün istifadə edirsiniz.

Ödəniş kimə gedir?

Ödənişi birbaşa seçdiyiniz aviaşirkət və ya rəsmi satış agentliyi qəbul edir. Sky Group qiymət müqayisə platformasıdır.

Bilet nə vaxt gəlir?

Uğurlu ödənişdən sonra adətən bir neçə dəqiqə ərzində e-poçta çatır. Gecikmə olarsa, spam qovluğunu yoxlayın.

Geri qaytarma / dəyişiklik

Qaytarma və tarix dəyişikliyi biletin tarif şərtlərindən asılıdır. Şərtlər ödənişdən əvvəl göstərilir.

Hazırsınız?

Ən ucuz təklifləri indi tapın — qiymət müqayisəsi tamamilə pulsuzdur.

İstiqamətlərə bax